-
- 28-08-2019, 00:27
- 812
Ağstafada məişət tullantıları sahəsində top mərmisi tapılıb
Avqustun 27-də saat 16:37-də Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafada yerləşən “İdeal” mebel salonunun yaxınlığında mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan News24.az -a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal “İdeal” mebel salonunun yerləşdiyi Ağstafa şəhərinin Heydər Əliyev prospekti 93 ünvanına göndərilib.
Ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində heç bir partlayıcı maddə olmayan bir ədəd 85 millimetrlik top mərmisi (O-365) aşkarlanıb. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 110 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.