Qənirə Paşayeva jurnalistləri TƏBRİK ETDİ - FOTOLAR  - VİDEO
    • 23-07-2019, 17:33
    • 1 022

Qənirə Paşayeva jurnalistləri TƏBRİK ETDİ - FOTOLAR - VİDEO

Milli Məclisin deputatı Qənirə Paşayeva Milli Mətbuat gününü bir qrup media təmsilçisi ilə birlikdə qeyd edib. 

News24.az
xəbər verir ki, tədbirə tanınmış jurnalistlərlə yanaşı, millət vəkilləri və müxtəlif səviyyəli dövlət məmurları da qatılıblar.
Tədbir Ağdamın işğalının 26-cı ildönümünə təsadüf etdiyindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Millət vəkili Qənirə Paşayeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal və başqaları çıxış edərək, əsası “Əkinçi” qəzeti ilə qoyulan milli mətbuatımızın keçdiyi inkişaf mərhələlərindən ətraflı danışıblar. 

Fərid Şabanov