Qənirə Paşayeva xalq artistini TƏBRİK ETDİ
    • 14-05-2020, 00:55
    • 934

Qənirə Paşayeva xalq artistini TƏBRİK ETDİ

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dəyərli aktyorumuz, Azərbaycan Respublikasının xalq artisti Şamil Süleymanlı ilə görüşüb.

News24.az xəbər verir ki, Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından Şamil Süleymanlını doğum günü və yubileyi münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb. Mədəniyyət Komitəsinin sədri xalq artistinə bundan sonrakı yaradıcılığında da uğurlar diləyib. Görüş əsnasında Q.Paşayevə Azərbaycan Respublikasının Xalq artisti, dəyərli aktyor Şamil Süleymanlıya təbrik məktubunu tədqim edib.

Təbrik məktubunda qeyd olunur: 
Azərbaycan Respublikasının Xalq artisti Şamil Süleymanlıya

Hörmətli, Şamil müəllim!
"Siz Azərbaycan kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan, unudulmaz obrazlara həyat vermiş dəyərli sənətkarımızsınız. Sizi yubileyiniz münasibətilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət, firavanlıq və Azərbaycan mədəniyyətinin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik.

Hörmətlə, Komitənin sədri Qənirə Paşayeva