Azərbaycan qızıl medalların sayına görə LİDERDİR
    • 23-07-2019, 18:40
    • 823

Azərbaycan qızıl medalların sayına görə LİDERDİR

XV Avropa Gənclər Olimpiya Festivalının üçüncü günündə Azərbaycan qızılmedalların sayına görə digər ölkələri geridə qoyur. 

News24.az xəbər verir ki, idmançılarımız güləş idman növü üzrə 8 qızıl medal qazanıb. Bundan başqa Azərbaycan atletlərinin hesabında həmçinin 5 gümüş, 3 bürünc medal var. 

Qızıl medalların sayına görə ikinci pillədə (5 medal) Rusiya, üçüncü sırada isə (4 medal) İtaliyadır.