-
- 23-07-2019, 18:07
- 848
Güləşçilər qızıl medal qazanmaqda davam edir
Azərbaycanın sərbəst güləşçisi Kənan Heybətov XV Avropa Gənclər Yay Olimpiya Festivalında mübarizəni çempionluqla bitirib.
News24.az xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən gənc pəhləvan ukraynalı İvan Terziyə, finlandiyalı Niko Hivoneyə və yunanıstanlı Nektarios Kuzupisə qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada onun rəqibi rusiyalı Rüstəm Dolayev olub. Mübarizənin gedişində Rusiya təmsilçisi hesabda irəlidə olub, lakin sona 15 saniyə qalmış ardıcıl fəndlər işlədən Kənan Heybətov festivalda Azərbaycan komandasına 7-ci qızıl medalı qazandırıb.
Bürünc medallara isə ukraynalı İvan Terzi və moldovalı Konstantinam Kirilov sahib çıxıblar.