-
- 23-07-2019, 18:54
- 4 113
Ağdam məşhurların XATİRƏSİNDƏ - FOTOLAR
“ O torpağın hər qarışında bir xatirəm var. Ağdam mənim uşaqlığım, yeniyetməliyim, yurd yerimdir..”
Bu sözləri xalq artisti Mənsum İbrahimov News24.az-a 26 il əvvəl işğal olunan Ağdamla bağlı xatirələrini bölüşərkən deyib.
Muğam ustası orda keçən günlərini, uşaqlığını yada salıb: “Ağdamda doğulub böyümüşəm. Hər daşı, hər qarışı xatirimdədi. Hərbi xidmətə qədər orada yaşamışam. Bakıya oxumağa gələndən sonra da yaxınlarıma baş çəkmək üçün tez-tez Ağdama gedərdim. Orda keçirilən təbirlərdə oxuyardım. Sonra məlum hadisələr başladı... Torpağımızdan, ocağımızdan uzaq düşdük...”
Muğam ustası deyir ki, Qarabağ savaşı, torpaqların işğalı xatırəsində unudulmayacaq izlər qoyub: “5 qardaşım Qarabağ müharibəsində vuruşub. Üçü aldıqları yaradan əlil oldu. Biri böyrəyini itirdi. Bütün nəslim bundan əziyyət çəkdi. Qohum, əqrəbam hələ də köçkündürlər.
İmkan düşdükcə Ağdamın bizdə olan kəndlərinə gedirəm. Cəbhədə əsgərlərlə görüşürəm, konsertlərdə çıxış eləyirəm. Yadımdadır, 2016-cı ildə aprel hadisələrinin səhəri günü Arif Babayev, Təyyar Bayramovla bir yerə Ağdama getdik. Orda Azərbaycan ordusu qələbə qazanmışdı. Lələtəpə yüksəkliyini almışdılar. Doğum günlərimdə də ora gedirəm. Həyatım başdan-ayağa Ağdamla bağlıdır”.
“Ağdamda böyümüşəm. Musiqini də, oxumağı da o torpaq mənə öyrədib”.
Bu sözləri də muğam ifaçısı Təyyar Bayramov deyib: “Uşaqlıqda Ağdam musiqi məktəbində tar sinifinə getmişəm. Orta məktəbdəki tədbirlərdə oxumağımı xatırlayıram. Son iki ildə top mərmisinin yanımıza düşməsinə vərdiş eləmişdik. Səsi gələndə bilirdik ki, hayandan gəlir və hara düşəcək. Ora gedə bilməmək, o torpağı ziyarət edə bilməmək çox ağırdır. Nəinki bu gün, Ağdamsız ilin hər günü mənim üçün kədərlidir. Bəzən soruşurlar ki, Ağdam heç yadına düşürmü?! Demirlər ki, hər gün yadımdadır. Doğulduğun yeri, torpağı itirmək qədər ağır heç nə olmaz. O tərəflərə yolum düşəndə, Ağdama yaxınlaşdıqca ürəyim sızıldayır. Dədə-baba torpağımı ziyarət edə bilməmək qədər açı nə ola bilər?!”.
Xanəndə İlkin Əhmədov da Ağdamla bağlı uşaqlıq xatirələrini yada salıb: “Cəbrayılda doğulmuşam. Amma Ağdamın qəlbimdə bir ayrı yeri var. O torpaq mənim doğulduğum Cəbrayıldan bir ay sonra işğal olundu. Onların düşmən əlinə olması hər biimizin yarasıdır. Ağdamla bağlı o qədər xatirəm var ki... Atam məni tez-tez ora apararadı. Ağdamın girişində ağ, parıltılı damı olan evlər hələ də yadımdadır. Oranın mərkəzində bir çay evi vardı. Ordakı çayın dadı hələ də damağımdadır. Vətənin çörəyinin, suyunun dadı da, ətri də başqadır”.
Qeyd edək ki, təqdim olunan fotolar Ağdamda çəkilib.
Teymur Məmmədov