58 yaşlı “Məcnun”: “Ən yaxşı tələbələrim mənim sənət yoldaşlarım olub”
    • 1-10-2018, 11:27
    • 1 210

58 yaşlı “Məcnun”: “Ən yaxşı tələbələrim mənim sənət yoldaşlarım olub”

Bu gün xalq artisti Mənsum İbrahimovun doğum günüdür.

Muğam ustadı 1960-cı ildə Ağdam rayonunun İmamqulubəyli  kəndində anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil alan  sənətkar, daha sonra xalq artisti Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində dəvət olunub.

Məcnun obrazını ilk dəfə 1993-cü ildə canlandıran M.İbrahimov, Azərbaycan muğamını dünyanın bir çox öklərində indiyədək layiqincə təmsil edir.

O, pedoqoji fəaliyyətlə də məşğuldur. Belə ki, M.İbrahimov Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir.

News24.az olaraq xalq artistini təbrik edir və müxtəlif vaxtlarda verdiyi müsahibələrdən sitatları təqdim edirik:

“Mən tələbələrə həmişə deyirəm ki, fəхri ad almağa yoх, yaхşı sənətkar olmağa can atın”

“Muğam sənətində oхuya bilməyən adam günahı özündə aхtarmalıdır”

“Mənim ən yaxşı tələbələrim artıq mənim sənət yoldaşlarım olub”

“ Heç zaman istəməmişəm ki, ailəmlə, evimlə gündəmdə olum”

“Ailə hər bir insanın müqəddəs yeridir”


Teymur Məmmədov