Afaq Abbasova İtaliyaya gedəcək - BEYNƏLXALQ FESTİVALA
    • 24-07-2019, 15:18
    • 2 050

Afaq Abbasova İtaliyaya gedəcək - BEYNƏLXALQ FESTİVALA

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova İtaliyada keçiriləcək beynəlxalq Tagliacozzo festivalına dəvət alıb. 

News24.az-a teatrdan verilən məlumata görə, son illərdə İtaliyanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında qarşılıqlı əlaqələr çərçivəsində çox  maraqlı lahiyələr  gercəkləşdirilir.  İtaliyadan dəvət olunmuş dirijor və vokalçılar Azərbaycan Opera və Balet Teatrının səhnəsində çıxış edir. Teatrda italiyalı sənətkarlar və vokal ustalarının yaradıcılığını əks etdirən sərgilər təşkil olunur və s. Belə layihələrin həyata keçirilməsi zamanı azərbaycanlı vokalçılarla birlikdə çıxış edən italyan vokal ustaları Afaq Abbasovanın ifasını çox bəyənib və festivalın bədii rəhbəri, İtaliyanın tanınmış dirijoru Jakopo Sipari di Peskasseroli A.Abbasovanı festivalda çıxış etmək üçün dəvət edib. A.Abbasova avqustun 1-də 35-ci dəfə kiciriləcək bu mötəbər tədbirin açılış mərasimində çıxış edəcək, İtaliyanın tanınmış vokalçıları ilə bir səhnəni bölüşəcəkdir.

Gənc vokalçımızın Azərbaycanlı vokalçılar içərisindən ilk dəfə belə mötəbər bir tədbirə dəvət alması heç şübhəsiz ki, onun yüksək istedadının göstəricisi və bütünlükdə milli vokal sənətimizin uğurudur.