-
- 24-07-2019, 16:34
- 1 301
Anar Ağakişiyev: “90 faizi utanmadan erməni vizajistlərini izləyir" - MÜSAHİBƏ - VİDEO
Azərbaycanın tanınmış stilisti və daima yeniliklərə imza atan Anar Ağakişiyev bu dəfə çox məsələlərin üstünü açır.
News24.az-a müsahibəsində A.Ağakişiyev, Azərbaycanda bəyəndiyi stilistin olmadığını və heç kimi özünə rəqib görmədiyini deyib: “Bəyəndiyim stilist yoxdur, heç olsaydı da deməzdim. Çünki 90 faizinin hamısı utanmadan erməni vizajistlərini izləyir. Çox qəribədir, mənim səhifəmə girib nəsə öyrənirlər, amma izləmirlər. Nəsə özlərinə sıxışdırmırlar, mən də heç özümə sıxışdırıb demərəm. Nə zamana qədər ki, onlar deməyəcəklər ki, bəli biz bundan öyrənərik, bu bizimkidir və yeniliklərə bu qədər açıqdır, o zamana qədər də onlar 50 il geridə qalacaqlar. Bu gün mən elədim, səhərisi gün kopyalayıb edirlər, amma məni takib etmirlər. Bu da paxıllıqdandır. İnsan nə qədər paxıl olsa, bir o qədər də heç zaman artmayacaq. Bundan sonra bildirsələr də, bildirməsələr də mənim üçün heç bir fərqi yoxdur. O qədər şeylərə nail olmuşam və irəlidə o qədər böyük işlərim var. Ən boş vaxtımda yadıma da düşmürlər. Amma mən hər zaman onların yaddaşındayam. Çünki onların daxilində böyük bir probleməm”. <
Tanınmış stilist bu gün ölkədə sayılıb-seçilməsinin nələr naminə başa gəldiyini də açıqlayıb: “Mən o qədər işləyirəm ki, nə toy, nə yas, nə qohum, nə əqrəba görürəm. Bütün bu əziyyətlərimin bəhrəsidir bu gün belə yaşamağım. İnstagramda bəzən boş-boş şərhlər yazırlar – belə lyüks həyat yaşayır, ay belə, ay elə. Bax sizə müraciət edirəm – mən bu lyüks həyatı sizin valideynlərinizin, ya sizin hesabınıza yaşayıram? Və yaxud da sizin cibinizə girib oğurlayıb o pula yaşayıram? Mən o lyüks həyatı yaşamaq üçün ömrümün yarısından çoxunu vermişəm. Nə normal ailə qura bilmişəm, nə normal valideynlərimi görə bilirəm, ilin 9 ayı xaricdə oluram, ən kobud heyvan kimi işləyirəm. Ona görə kənardan durub böyük-böyük yazmağın nə yeri var? Nə qədər alçaq düşüncəli insanlarsınız...”
Anar Ağakişiyev ölkədə gəlin bəzəyini ən baha qiymətə etməsinə də münasibət bildirib. Stilist bu qiymətlərin heç də yüksək olmamasını deyir: “Qiymət söhbəti geləndə həmişə stilistlər arasında ən bahalı mənim adım yazılır. Başa salıram, bunun vergisi, sosial müdafiəsi, köməkçilərim, arendası, işıq pulu, keyfiyyətli kosmetikası var. Bunlar hamısı puldur. Etdiyim məbləğdən mənə sadəcə 10 faiz qalır. Yoxsa, mən indi olliqarx olardım və kef edirdim”.