Şarj cihazları arasında- ən populyar hala gəldi
    • 5-02-2025, 13:54
    • 111

Şarj cihazları arasında- ən populyar hala gəldi

Rusiyada "Type-C" şarj cihazlarına tələbat artır. 

News24.az bildirir ki, Bunun əsas səbəbi "Type-C" konnektoru ilə təchiz olunmuş qadcetlərin çoxalmasıdır.

Əvvəllər yalnız Android cihazlarında istifadə olunan bu port, indi "iPhone", planşet və noutbuklara da keçid edib. Avropa Komissiyasının 2024-cü ilin sonunda qüvvəyə minəcək qərarı da bu prosesi sürətləndirib.

Megafon və Yota pərakəndə şəbəkəsinin məlumatına görə, 2022-2024-cü illər arasında "Type-C" şarj cihazlarının satışı 28%, pul baxımından isə 36% artıb. 2024-cü ilin sonuna qədər bazarda şarj cihazlarının 52%-nin "Type-C" konnektoru ilə olacağı gözlənilir.

Buna baxmayaraq, USB-A və microUSB konnektorları olan modellərin istehsalı davam edəcək. MeqaFon-un satış direktoru David Borzilov köhnə cihazları istifadə edənlərin hələ də çox olduğunu bildirib.

Qeyd edək ki, "Type-C" konnektoru ilk dəfə 2014-cü ildə təqdim edilib, hazırkı versiyası isə 2019-cu ildə buraxılıb. Onun üstünlükləri çox yönlülük, sürətli şarj və rahat dizayndır.

Selcan Aslan