Qorxulu xəbərdarlıq: 7,5 bal gücündə zəlzələ olacaq
    • 5-02-2025, 14:06
    • 738

Qorxulu xəbərdarlıq: 7,5 bal gücündə zəlzələ olacaq


Seysmoloq Naci Görür Egeydə bitib-tükənməyən zəlzələlərdən sonra İstanbulda baş verə biləcək zəlzələ ilə bağlı açıqlama verib.

News24.az publika.az-a istinadla xəbər verir ki, seysmoloq Mərmərədə zəlzələnin 7,5 bal gücündə olacağını və təxminən 2 dəqiqə davam edəcəyini bildirib.

Görür tez bir zamanda tədbir görülməli olduğunu bir daha vurğulayıb:

“İstanbulda 4 milyon insan ölümlə üz-üzə qala bilər. Hər kəs deyir ki, bina fondunun yüzdə 60-ı zəlzələyə davamlı deyil. 100 min binanın hər biri 5 mərtəbəli olsa bu, 4 milyon insan deməkdir. Ehtiyatlı olmaq lazımdır. Tətbirlər görülməlidir, boş oturmaq olmaz”.