Azərbaycanın xalq artisti Emin Ağalarov yeni kliplə gündəmə gəlib. 

News24.az-ın məlumatına görə, müğənni "Нежная" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Xalq artisti Murad Dadaşov bu münasibətlə Emin Ağalarovu təbrik edib. O bildirib ki, klipə Cennifer Lopes, Enrike İqlesias kimi məşhurların klipini çəkən Cessi Terrero rejissorluq edib.

Klipin baş qəhrəmanı "Miss Mundo Republica Dominicana 2017" Aletxa Mueses olub. Klipin çəkilişləri Dominikanda baş tutub: "Ölkənin rəngarəngliyi və ətrafın gözəlliyi işimizi daha da möhtəşəm etdi. isti klip rəqslərlə zənginləşdirilib. Mahnının yazdıranda istədim ki, klipi məhz Cessi lentə alsın. Çünki onun işləri rəngarəng və əsl yay ab-havalıdır. Uzun müddətdir bir-birimizi tanıyırıq".

loading...

Video

Teglər: Emin Ağalarov yeni klip Dominikano