Üzgüçülük yarışlarının növbəti qalibləri müəyyənləşib - FOTOLAR
    • 24-07-2019, 21:47
    • 1 186

Üzgüçülük yarışlarının növbəti qalibləri müəyyənləşib - FOTOLAR

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə qızlar arasında 200 metr məsafəyə brass, oğlanlar arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə və digər yarışların qalibləri müəyyənləşib.

News24.az xəbər verir ki, qızlar arasında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında rusiyalı Yevgeniya Çikunova (2:24.15) birinci, fransalı Jastin Delmas (2:27.50) ikinci, irlandiyalı Molli Mayn (2:30.76) üçüncü olublar.
Oğlanlar arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında rumıniyalı David Popoviçi (49.82 saniyə) qızıl medal qazanıb. Böyük Britaniya atleti Ceykob Vitl (49.99 saniyə) gümüş, Danimarka təmsilçisi Rasmus Nikelsen (50.22 saniyə) bürünc medallara sahib olublar.
Festivalda oğlanların 200 metr məsafəyə fərdi qaydada qarışıq üzmə yarışlarının qalibi rusiyalı İlya Borodin (2:01.55) olub. Macarıstan təmsilçisi Hubert Kos (2:02.60) ikinci, Türkiyə atleti Berke Saka (2:03.25) isə üçüncü yerdə qərarlaşıblar.
Qızların arasında 4x100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında isə ilk üç pillədə Rusiya (3:45.10), Böyük Britaniya (3:47.62) və Macarıstan təmsilçiləri (3:48.67) yer alıblar.
Oğlanlar arasında 4x100 metr məsafəyə sərbəst üzmə yarışlarında isə Böyük Britaniya təmsilçiləri (3:26.71) çempion adına layiq görülüblər. Rusiya üzgüçüləri (3.27:14) gümüş, Türkiyə atletləri (3:28.09) bürünc medallara sahib olublar.



Foto-Fərid Şabanov