Qusarda itkin düşən  51 yaşlı qadın AXTARILIR - ƏLAMƏTLƏRİ... FOTO
    • 25-07-2019, 12:11
    • 1 114

Qusarda itkin düşən 51 yaşlı qadın AXTARILIR - ƏLAMƏTLƏRİ... FOTO

Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundanNews24.az-a verilən məlumata görə, Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur. 
L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir. 
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.