Xaçmazda 42 yaşlı kişi İTKİN DÜŞDÜ - FOTO
    • 9-05-2020, 13:18
    • 856

Xaçmazda 42 yaşlı kişi İTKİN DÜŞDÜ - FOTO

Xaçmaz rayonunun Alekseyevka (Çay kənarı) kənd sakini, 42 yaşlı Murad Ziyayev 2019-cu ilin noyabr ayının 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Murad Ziyayevin əlamətləri belədir: boyu 167 sm, orta bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi şabalıdıdır. Murad Ziyayev ruhi əsəb xəstəliyindən əziyyət çəkir. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.