Bakıda ailə dramı: Ad günündə dənizdə boğuldular - VİDEO
    • 25-07-2019, 17:31
    • 1 165

Bakıda ailə dramı: Ad günündə dənizdə boğuldular - VİDEO

Xəzər dənizinin Bakının Pirşağı ərazisində bacı-qardaş batıb.

Ailənin bu il 10-ci sinfi bitirmiş qızı Gülər və 5-ci sinfi bitirmiş oğlu Dəniz axşam saat 19 radələrində Pirşağı çimərliyində çimərkən boğulublar.

Onların dənizdə burulğana düşdükləri deyilir. Uşaqlar boğularkən bacı - ailənin digər qızı xilas edilib, ailə ikinci qızın ad gününə yığışıbmış. Boğulan bacı-qardaş Şəkinin Kiçik Səhnə kəndindəki 2 saylı orta məktəbin şagirdləri olublar. Gülər qarşıdakı yeni dərs ilində 11-ci, qardaşı Dəniz isə 6-cı sinifdə oxuyacaqdı.

Mərhumlar bu gün Kiçik Səhnə kəndindəki qəbiristanlıqda dəfn edilib. /istipress/

Allah ailələrinə səbr versin!