Bakıda bacı və qardaşdan əcnəbiyə qarşı ŞOK HƏRƏKƏT
    • 17-04-2019, 16:17
    • 1 027

Bakıda bacı və qardaşdan əcnəbiyə qarşı ŞOK HƏRƏKƏT

Bakıda oğurluq etmiş bacı və qardaşı məsuliyyətə cəlb edilib.

News24.az-ın məlumatına görə, Səmədova Güllər Rasim qızı və qardaşı Səmədov Elvin Rasim oğlu əvvəlcədən hazırladıqları planla Rusiya vətəndaşı Yevgeni Bondarın xeyli pulunu oğurlayıblar.

Daha sonra bacı və qardaşın əməlinin üstü açılıb və onların barəsində Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni qabaqcadan əlbir olan şəxslər tərəfindən oğurluq əməlinin törədilməsi maddəsi ilə iş açılıb.

Artıq cinayət işinin istintaqı yekunlaşdırılıb və iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.