At sürməyin müalicəvi xüsusiyyətlərini Saymaqla bitməz
    • 26-07-2019, 02:06
    • 8 202

At sürməyin müalicəvi xüsusiyyətlərini Saymaqla bitməz

At sürməklə məşğul olmaq zövq almaqla yanaşı, sağlamlıq üçün də faydalıdır. At minmək vasitəsilə reabilitasiya metodu ippoterapiya adlanır. News24.az xəbər verir ki, müalicəvi at minmə xəstənin həm psixikasına, həm də fiziki durumuna müsbət təsir edir. Azərbaycanda bir çox atçılıq turizmi klubları ippoterapiyanın hər iki metodundan istifadə edir. Həmin müalicə formasının banisi fransız həkim və psixoloqu Y.Lalleri onunla ötən əsrin 60-70-ci illərində məşğul olub.

Ən ağır xəstələrlə məşğələlər üçün atın hərarətinin (atın bədənindəki temperatur insanda olduğundan 1-1,5 dərəcə yuxarıdır) müsbət təsirindən istifadə edilir və ən ağır pasiyentləri bir qayda olaraq yəhərsiz ata mindirirlər. Xəstələrə yaxşı təsir edən digər amil atın hərəkəti zamanı ritmik silkələnməsidir ki, bunun nəticəsində böyük, güclü və xeyirxah heyvanla sıx təmas əzələləri və kürəyi masaj edir.

Daha çox zədə almış pasiyentlər adətən at belində müalicəvi gəzintidən başlayır, lakin bu, onlar üçün başlanğıc mərhələdir. Bu qrupdan olan uşaqlar əvvəlcə atı idarə edən elementlərə, daha sonra at belində gəzinti qaydalarına öyrədilir.

Həmçinin qeyd edək ki, ippoterapiya və ya at belində gəzinti ilə müalicəyə əks göstəricilər çox azdır. Hemofiliya, anadangəlmə sümük kövrəkliyi, müxtəlif xəstəliklərin ağır və orta-ağır dövrünü əks göstəricilərə, bəzi xroniki iltihablı xəstəlikləri (böyrək xəstəliklərinə, diabet, onurğanın bel əzələsi hissəsi və zədələrinə xüsusi diqqətlə yanaşmaq) qismən əks göstəricilərə misal çəkə bilərik.

Müşahidə edilib ki, atla gəzintinin müalicəvi əhəmiyyəti 5-12 yaş arasında uşaqlar üçün daha çoxdur. Bundan əlavə, atla gəzinti uşağın hərtərəfli inkişafına, onun qoçaq, cəld, dözümlü, cəsarətli və hazırcavab olmasına yardım edir, ruh yüksəkliyini möhkəmləndirir. Nahaq yerə demirlər ki, at, ilk növbədə, ruhu sağaldır.

Azərbaycanda atçılıq turizmi ildən-ilə öz sərhədlərini genişləndirir. Çoxlu müasir mərkəz və turizm bazaları tikilir, yeni maraqlı marşrutlar salınır. Azərbaycanlılar çalışırlar ki, ölkəmiz atla gəzinti həvəskarları üçün daha cəlbedici olsun və onlar hər il bura gəlib köhnə dostları ilə görüşsün, ən yaxşı yürüşlərini yada salsın, yeni marşrutları öyrənsin, Azərbaycanın əfsanəvi təbiətinə, onun tarixinə və sirlərinə bələd olsunlar.

 

Atla müalicənin iki növü var: ipponeterapiya - atla təmas hesabına, raytterapiya - at üzərində gəzinti ilə aparılan müalicədir. Alimlər hesab edirlər ki, atla müalicəvi gəzinti əsasən dayaq-hərəkət sistemi xəstəliklərinin və psixisosial pozğunluqların bərpasında faydalı təsir göstərir.

Atla müalicəvi gəzinti zamanı eyni vaxtda bütün əzələ qrupları işləyir, at üzərində oturarkən müvazinəti itirməmək və yıxılmamaq üçün əzələlər fəal hərəkətdə olur. At belində oturarkən qorxu hissi yoxa çıxır, özünəinam, iradə və dözüm yaranır. Müalicə kompleks şəkildə - müalicəvi gimnastika, masaj və s. ilə aparılır. Uşaq serebral iflici zamanı spasitik sindromların azalması müşahidə olunur.

Müasir dövrdə uroloq və androloqlar birmənalı şəkildə təsdiq edirlər ki, at belində gəzmək prostat vəzi xəstəliklərinin bir nömrəli dərmanıdır.