Piylənmə və yemək pozğunluqları üçün yeni təhlükə: 'Mukbang' tendensiyası
    • 15-02-2025, 06:00
    • 491

Piylənmə və yemək pozğunluqları üçün yeni təhlükə: 'Mukbang' tendensiyası

Məzmun istehsalçılarının böyük miqdarda yemək yediyi və bu prosesi canlı yayım və ya video formatında izləyiciləri ilə paylaşdığı “Mukbang” trendinin piylənmə, xroniki xəstəliklər və qidalanma pozğunluğu kimi problemlərə yol aça biləcəyi bildirilib.

News24.az bildirir ki, ictimai sağlamlığı təhdid edən bu tendensiyada iştirak edən bəzi məzmun yaradıcıları görüntülər çəkmək üçün bir gün öncədən ac qalır və ya bağırsaqları təmizləyən dərmanlardan istifadə ediblər.

Mütəxəssislər istehsalçıların bu üsulunun orqanizmə və maddələr mübadiləsinə mənfi təsir göstərdiyini, xroniki xəstəliklərə yol açdığını qeyd ediblər. 

Zəhraxanım Şeydayeva