Azərbaycan cüdoçusu yarımfinalda
    • 26-07-2019, 13:00
    • 652

Azərbaycan cüdoçusu yarımfinalda

XV Avropa Gənclər Yay Olimpiya Festivalında daha bir atletimiz yarımfinala keçib. 

News24.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan cüdoçu Hüseyn Məmmədov Almaniya və Yunanıstan təmsilçilərinə qalib gəlib. İdmançının növbəti görüşü Rumıniyalı Alin Baqrinlə olacaq.