-
- 26-07-2019, 10:15
- 812
Qənirə Paşayeva İsveçrənin vitse-prezidenti ilə görüşdü - FOTO
Millət vəkili Qənirə Paşayeva İsveçrənin vitse-prezidenti, Ətraf Mühit, Nəqliyyat və Enerji naziri Simonetta Sammaruqa, bu ölkənin tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşüb.
News24.az xəbər verir ki, isveçrəli nümayəndə heyəti ilə görüşməkdən məmunluğunu bildirən millət vəkili Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib.
Q.Paşayeva Azərbaycanın İsveçrə ilə əməkdaşlığa verdiyi önəmdən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdə rolundan, ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçün böyük potensial olduğundan danışıb.
Deputat isveçrəli nümayəndə heyətinə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, zəngin mədəniyyəti barədə məlumatlar verib və onlara Qarabağ həqiqətlərindən danışıb.
Görüşdə iki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivləri olduğu vurğulanıb.
Sonda Q.Paşayeva isveçrəli nümayəndə heyətinə Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.