SON DƏQİQƏ: Xəzərdə 4 balıqçı İTKİN DÜŞDÜ,, HELİKOPTER CƏLB OLUNDU
    • 8-10-2019, 16:44
    • 1 559

SON DƏQİQƏ: Xəzərdə 4 balıqçı İTKİN DÜŞDÜ,, HELİKOPTER CƏLB OLUNDU

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 8 oktyabr 2019-cu il tarixində gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxmış və təyin olunan vaxtda geri qayıtmayıblar.

FHN-dən News24.az xəbər verir ki,  axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.