
-
- 16-02-2025, 19:39
- 424
Güclü zəlzələ oldu
Şərqi Anadolu bölgəsində 4,8 maqnitudalı zəlzələ qeydə alınıb.
News24.az Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olması İdarəsinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 02:24-də (Bakı vaxtı ilə 03:24) Bingöl şəhərinin Yedisu rayonunda baş verib.
Zəlzələnin ocağı 12,79 km dərinlikdə yerləşib.
Hazırda dağıntı və tələfat barədə məlumat verilməyib.//milli.az