Bağlanış mərasiminin vaxtı dəyişdi EYOF-2019
    • 26-07-2019, 23:15
    • 648

Bağlanış mərasiminin vaxtı dəyişdi EYOF-2019

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının sabahkı bağlanış mərasiminin vaxtında dəyişiklik edilib.
News24.az -ın əldə etdiyi xəbərə görə, tədbir əvvəl nəzərdə tutulduğundan, yarım saat gec başlayacaq.
Buna səbəb son gündə bəzi yarışların gec başa çatmasıdır.
Bu üzdən mərasim sabah saat 20:00-da yox, 20:30-da başlayacaq.
Qeyd edək ki, bağlanış mərasimi Kristal Zalda keçiriləcək.