Saat terapiyası 5-7 arası səhər yeməyi yaxşı həzm olunur
    • 27-07-2019, 00:32
    • 735

Saat terapiyası 5-7 arası səhər yeməyi yaxşı həzm olunur

Saat terapiyası 3 min il əvvəldən Mancuriya əhalisinə məlum idi. Qədim tarixə malik müalicə üsulu şimali Çində indiyədək tətbiq edilir. Müalicənin mahiyyəti onun gündüz və gecə saatlarında günəşin vəziyyətindən asılı olaraq aparılmasındadır. Asiyalı həmkarlarının yolu ilə gedən müasir Amerika həkimləri saat terapiyasının tətbiqinin sadə, müalicənin isə səmərəli olduğunu təsdiq edirlər.
News24.az xəbər verir ki, həmin müalicə üsulu tətbiq olunarkən əsas məsələlərdən biri məsuliyyətli olmaq və cədvələ düzgün riayət etməkdir. Həmin cədvələ əsasən:-saat 11-dən 13-dək günəş ən yüksək zenit nöqtəsində olur. Ürək-qan dövranı qaydasında olmayanlar həmin dövrdə az hərəkət etməli və isti havada kölgədə qorunmalıdırlar.
-Nazik bağırsağında problem olanlar müalicəni saat 13-dən 15-ədək ənənəvi təbabətin köməyi ilə aparmalıdırlar.
-Saat 15-dən 17-yədək həzm orqanları normal işləyir. Mədə və bağırsaqlarından şikayəti olanlar dərman bitkilərini həmin vaxt qəbul edə bilərlər.
-Saat 17-dən 19-adək - günəş batmağa doğru getdiyi dövrdə böyrək və kürək nahiyəsindəki ağrıları müalicə etmək məsləhətdir.
-Saat 19-dan 21-ədək impotensiya və frigidlik,
-21-dən 23-ədək dəri xəstəlikləri və saç tökülməsi,
-23-dən 1-ədək öd daşları,
-1-dən 3-ədək qaraciyər xəstəliklərinə qarşı mübarizə aparmağın ən əlverişli vaxtıdır.
-Mancuriyalıların inamına görə, saat 3-dən 5-ədək ağ ciyər və bronxların,
 -9-dan 11-ədək isə dalaq və mədəaltı vəz fəal olduğundan həmin orqanların şəfası ilə müalicə olmaq daha uğurlu nəticə verir.
-Saat 5-dən 7-yədək olan müddətdə isə səhər yeməyi yaxşı həzm olunur.