Taksim metrosunda relslərin üzərinə tullandı..
    • 26-04-2024, 22:20
    • 136

Taksim metrosunda relslərin üzərinə tullandı..

İstanbulda Taksim metro stansiyasına gələn şəxsin relslərin üzərinə atılaraq intihara cəhd etdiyi iddia edilir.

News24.az xəbər verir ki, qatarın altında qalan şəxsi görənlər xilasetmə, polis və tibb işçilərinə xəbər veriblər.

Qısa müddətdə hadisə yerinə gələn yanğınsöndürənlər metronun altında qalan şəxsi xilas ediblər.

Rels arasında ilişib qaldığı üçün möcüzə nəticəsində xəsarət almayan şəxs daha sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Bir müddət dayanan metronun hərəkəti normala qayıdıb.

Günel Məlikzadə