Qırmızı işıqda keçən NAZİRİN maşını aşdı - FOTOLAR
    • 26-04-2024, 22:34
    • 1 593

Qırmızı işıqda keçən NAZİRİN maşını aşdı - FOTOLAR


İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin xidməti avtomobili qəzaya düşüb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Ramla şəhərində terror aktının baş verdiyi yerdən qayıtdığı zaman nazirin avtomobili aşıb.

Hadisə şahidinin sözlərinə görə, avtomobil işıqforun qırmızı işığında keçərkən başqa maşınla toqquşub.

Polis qəza nəticəsində 3 nəfərin yüngül xəsarət aldığını bildirib. Ben-Qvir “Assaf xa-rofe” xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.