Saxta içkidən 59 nəfər öldü
    • 18-02-2025, 15:26
    • 211

Saxta içkidən 59 nəfər öldü

Ankarada saxta spirtli içkilər səbəbindən həyatını itirənlərin sayı 54-dən 59-a yüksəlib.

News24.az xəbər verir ki, 35 nəfər intubasiya edilib.

Ankaranın Baş Prokurorluğu saxta spirtli içki istehsal edən və ticarət edən şəxslərlə bağlı araşdırmalarını davam etdirir.

İstintaq zamanı 28 şübhəlinin həbs edildiyi, 25 nəfərin isə məhkəmə nəzarəti altında sərbəst buraxıldığı öyrənilib.

Günel Məlikzadə