"Real"ın futbolçusu klub sahibi oldu

"Real"ın futbolçusu klub sahibi oldu İdman

"Real"ın braziliyalı futbolçusu Vinisius Junior klub sahibi olub.

News24.az Braziliyanın UOL nəşrinə istinadən xəbər verir ki, o, bir qrup investorlarla birgə Portuqaliyanın 2-ci liqasında mübarizə aparan "Alverka" klubunun səhmlərinin 70-80 faizini alıb.

Qeyd edək ki, "Alverka" turnir cədvəlində ikinci sırada qərarlaşıb. Komanda əsasən braziliyalılardan təşkil edilib. Hazırda heyətdə 15 Braziliya əsilli futbolçu çıxış edir.\\\\QOL.az