Qaradağda 3 mərtəbəli bina yanıb
    • 28-07-2019, 01:14
    • 829

Qaradağda 3 mərtəbəli bina yanıb

Bakı şəhərinin Qaradağ rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən xəbərə görə, yanğın üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində başlayıb.
Ümumi sahəsi 50 m² olan mənzilin dəhlizinin arakəsmə divarı (qamışdan ibarətdir) və 1 ədəd qapısı yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.