Ova getdi: - Oğlunu öldürdü

Ova getdi: - Oğlunu öldürdü Hadisə

Türkiyədə oğlu Ateş Ali E. ilə ova çıxan Rıfat E.-nin əlindəki ov tüfənginin təsadüfən partladığı iddia edilib.

News24.az xəbər verir ki, açılan atəş Ateş Ali E.-nin başına dəyib. Rıfat E.-nin xəbəri üzərinə bölgəyə sağlamlıq və polis qrupları sövq edilib.

Sağlamlıq qrupları tərəfindən edilən müayinədən sonra Ateş Ali E.-nin həyatını itirdiyi təyin olub. 

Rıfat E. polis qrupları tərəfindən saxlanılıb və hadisə ilə bağlı başladılan istintaq davam edir.

Günel Məlikzadə