Xaçmazda avtomobilin vurduğu piyada öldü
Hadisə
Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Şabran-Xaçmaz avtomobil yolunun Mehrəliqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Xaçmaz rayon sakini, 1957-cı il təvəllüdlü İsmayılov Zakir Məlikməmməd oğlunu yolu keçmək istəyərkən "VAZ-2106" markalı minik avtomobili vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./report.az