Bakıda 40-dan çox avtobus qəzada zədələndi
Hadisə
Ötən gün qarlı və şaxtalı hava şəraitində Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.
Bu barədə News24.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata görə, qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, 21 fevral tarixindən Bakıda və respublikanın bölgələrində qarlı və şaxtalı hava şəraiti müşahidə edilir.