Türkiyəli DJ-dən üzücü - XƏBƏR - FOTO

Türkiyəli DJ-dən üzücü - XƏBƏR - FOTO Hadisə

Bursa da motosiklet qəzası 21 yaşlı Tuna Selimoğlunun həyatına son qoyub.

News24.az xəbər verir ki, Tuna Selimoğlu hərəkətdə olarkən sükanın idarəetməsini itirib.

İdarədən çıxaraq aşan motosiklet təxminən 200 metr sürüklənərkən, Selimoğlu avtomobildən atılaraq baryerlərə çırpılıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları sövq edilib. Həkim qruplarının ilkin yardımını görən Selimoğlu aparıldığı Dövlət Xəstəxanasında həyatını itirib.

Onu da qeyd edək ki, Selimoğlunun "Tuna Atlas" təxəllüsü ilə məkanlarda DJ kimi çıxış etdiyi öyrənilib.

Günel Məlikzadə

Türkiyəli DJ-dən üzücü - XƏBƏR - FOTO