-
- 29-08-2019, 09:05
- 945
Lənkəranda yol qəzasına xəsarət alanların vəziyyəti ağırdı
Lənkəranda baş verən yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkən 23 nəfərin vəziyyəti ağırdı.
Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, 10 nəfər xəstəxanada qalacaq, digərləri ambulator müalicəyə buraxılır. Qalan 10 nəfərdən ikisi reanimasiya şöbəsindədir. Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti kritik kimi qiymətləndirilir. Baş həkimin sözlərinə görə açıq kəllə beyin travması alan 42 yaşlı qadın komadadır. Reanimasiya şöbəsində müalicə alan digər qadının diaqnozu qapalı kəllə beyin travması və qabırğa sınığıdır. Vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.
Qeyd edək ki, baş verən yol nəqliyyat hadisəsi nəticəsində sürücü yerindəcə dünyasını dəyişib.