Bu obyektlər Xəzəri çirkləndirdiyinə görə məhkəməyə verildi- SİYAHI
    • 30-07-2019, 09:35
    • 928

Bu obyektlər Xəzəri çirkləndirdiyinə görə məhkəməyə verildi- SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirilib və undan əvvəl verilmiş məcburi göstərişlərin icra vəziyyəti də yoxlanılıb. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın News24.az-a verdiyi xəbərə görə,

reydlər zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən “Palma”, “Riverin”, “Ober Lyuks”, “El Faro”, “Təhsil”, “Atlant” istirahət mərkəzlərində su təmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən “Dostluq”, “Caspian Breeze”, “Şərur”, “Amore”, “Nicat”, “Freqat”, “Regnum”, “Röya”, “Turan”, “Təndir”, “Qala” istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub. Xaçmaz rayonundakı “Çıraqqala”, “Jalə”, Sumqayıt şəhərindəki “Duyğu”, “Liman”, “Atlantida”, “Flaqman”, “Narınqala”, Balıqçı”, “Alma”, “Neptun, “Antalya”, “Qala”, Bakı şəhərindəki “Mirvari”, “Riyad park”, “Caspian Beach”, “1001 gecə”, “Eldarado”, “Dostluq”, “Aquapark” istirahət mərkəzlərinə bir müddət əvvəl verilmiş “məcburi göstəriş”lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsadət qaldırılıb. Reydlər zamanı Nabranda fəaliyyət göstərən “Lotos”, “Ulduz”, Sumqayıtda “Katamaran”, “Sahil”, “Diana”, Bakıda “Bizim sahil”, “Xəzər”, “Türkan”, “Simurq”, “Voyage”, “Qala” və “Antalya” istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə “Dağlar oğlu”, “Həsirli”, “Su pərisi”, “Panorama” ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akt tərtib olunub. Formalaşan tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib.