Məşhur futbolçunun 57 mülkünə əl qoyuldu
    • 30-07-2019, 11:26
    • 718

Məşhur futbolçunun 57 mülkünə əl qoyuldu

Kariyerası ərzində iki dəfə dünyanın ən yaxşı futbolçusu adını qazanan Ronaldinyo borclarına görə, çətin vəziyyətə düşüb. 

News24.az Braziliya mediasına istinadən xəbər verir ki, Rio Grande do Sul məhkəməsi futmolçunun 2,5 milyon dollarlıq borcuna görə, 57 mülkünə əl qoyub. 

2.06 milyon dollarlıq xəbərdarlıq və vergi borcu olan futbolçuya, 739 min dollar məbləğində cəza təyin olunub. Ronaldinyonun vəkilinin verdiyi məlumata görə, mülkə əl qoyulması qarşılıqlı razılaşma əsasında baş verdiyi deyilsə də rəsmi sistemdə futbolçunun borcları hələ də aktiv olaraq görünür. 

Qeyd edək ki, Ronaldinyonun ölkə xaricinə çıxmasına da qadağa qoyulub.