"İnterpol" Jasminin ərini AXTARIŞA VERDİ
    • 30-07-2019, 14:02
    • 791

"İnterpol" Jasminin ərini AXTARIŞA VERDİ

Moldova millət vəkili və biznesmen İlan Şoru beynəlxalq axtarışa verilib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, İ.Şor bank sistemindən yüksək miqdarda pul çıxarmaqda ittiham olunur. İstintaq 2015-ci ildə başlayıb və həmin ərəfədə millət vəkili dindirilib. İlan Şor sorğu zamanı keçmiş baş nazir Valdimir Filat haqda ifadə verib. 2016-cı ildə isə V.Filat 9 il müddətinə həbs olunub. 

Daha sonra İ.Şor dustaqlığına buraxılıb və bir il sonra məhkəmə onu yarı qapalı islah müəssisəsində yeddi il yarım həbs cəzasına məhkum edib.

Ancaq millət vəkilinin müdafiəçisi hökmü etiraz edib. İclas dəfələrlə təxirə salınıb, növbəti iclas 2019-cu ilin sentyabr ayının sonuna planlaşdırılıb.

Eyni zamanda fevral ayında Moldovada parlament seçkiləri keçirilib, Şor, partiyasının lideri olaraq, birmandatlı seçki dairəsində deputat olub və toxunulmazlıq alıb.

Ölkədən çıxışına qadağa qoyulsa da sərhədi qanunsuz olaraq keçən millət vəkili haqda cinayət işi açılıb.