Ağsuda evlərdən külli miqdarda pul oğurlayan şəxs YAXALANDI
    • 31-07-2019, 14:19
    • 1 097

Ağsuda evlərdən külli miqdarda pul oğurlayan şəxs YAXALANDI

Ağsuda evlərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Rəhimov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 5 evdən, ümumilikdə 2720 manat və 5000 rubl (135 manat),  4850 manat dəyərində qızıl və gümüş əşyalar, habelə 2 ədəd qol saatı oğurladığı da müəyyən edilib.