
-
- 9-03-2025, 16:34
- 485
Süni uşaq qidalarının qiymətləri artdı: 120 manatdan...
Süni uşaq qidalarının qiymətlərində artım müşahidə edilir.
News24.az Xəzər TV-yə istinadla xəbər verir ki, son 1 ayda bu proses daha çox nəzərə çarpır.
Hazırda uşaq qidalarının minimum qiyməti 4 manat 90 qəpikdən başlayır, ən bahalısı isə 120 manata alıcılara təklif olunur.
Satıcılar bildirirlər ki, xaricdən idxal olunan məhsulların tədarükü və daşınması xərclərinin artması qiymətlərə təsir göstərir.