"Zirə" son dəqiqədə vurduğu qolla qalib oldu
    • 9-03-2025, 21:14
    • 744

"Zirə" son dəqiqədə vurduğu qolla qalib oldu


Misli Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.

News24.az xəbər verir ki, "Zirə" doğma meydanda turnir cədvəlinin autsayderi "Səbail"i qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 90+6-cı dəqiqədə Ruan Renato vurub.

Xallarını 51-ə çatdıran meydan sahibləri ikinci, “dənizçilər” isə 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıblar.

Günün ilk matçında "Şamaxı" doğma meydanda "Sabah"ı qəbul edib. Görüş birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 30-cu dəqiqədə Edqar Adilxanov vurub.

Bu nəticədən sonra xallarını 27-yə çatdıran bölgə təmsilçisi 7-ci sıradadır.Bakı klubu isə 34 xalla beşinci pillədə qalıb.

Qeyd edək ki, ötən gün turun açılış oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.