-
- 31-07-2019, 17:12
- 2 871
Baş infeksionistdən qarayara ilə bağlı XƏBƏRDARLIQ: “Yol kənarında satılan heyvanların ətini almayın”
Azərbaycanda qarayara xəstəliyi yayılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Sabirabadda artıq iki nəfər bu xəstəliyə yoluxub. Onlardan biri, 60 yaşlı şəxs bu xəstəlikdən dünyasını dəyişib.
Bəs, insanlar qarayaradan necə qorunmalıdırlar? Xəstəliyə yoluxmamaq üçün nə etməlidirlər?
Bununla bağlı respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu Xəstəliklər kafedrasının dosenti Cəlal İsayevlə söhbətləşdik.
İnfeksionist News24.az-a açıqlamasında bu xəstəliyin heyvan mənşəli olduğunu bildirib: “Qarayarada İlk infeksiya mənbəyi heyvanlardır. Bu xəstəlik əsrlər öncədən var. Rusiyanın bir bölgəsində yayıldığı üçün bu xəstəliyə “Sibir yarası” adı da vermişdilər. Zaman-zaman bəzi ölkələrdə bu xəstəliyə yoluxma halları olur. Qonşu Gürcüstan və Ermənistanda qarayaraya yoluxma tez-tez rast gəlinir. Bu infeksiyanın bizdə olması da mümkündür”.
İnfeksionistin sözlərinə görə, qarayaraya əsasən xəstə heyvanla təmasda olan insanlar yoluxur: “Xəstəliyin törədiciləri qarayara bakteriylalarıdır. Onlar xarici mühitə uzunmüddət dözümlüdür. Hətta torpaqda on illərlə yaşaya bilirlər. Bəzən xəstə heyvanın ətindən istifadə etmədikdə belə ona yoluxma mümkündür. Məsələn, xəstə heyvanın dərisindən kürk hazırlansa, yetərli qədər kimyəvi təmizləmə aparılsa belə, xəstəliyə yoluxma riski var. Amma insandan-insana, bu xəstəlik, demək olar ki, yoluxmur”.
Amma onun spesifik forması da var: “Qarayara bakteriyalarından baktereoloji, kütləvi qırğın vasitəsi kimi istifadə ediblər. Taliblər Amerikada heyif almaq üçün konvertin içərisində qarayara bakteriyasına yoluxdurulmuş tozlar göndəriblər. Çünki qarayaranın spesifik forması var ki, o, sağalmır və ölümlə nəticələnir. Bu nöqteyi nəzərdən sözügedən xəstəlik daha təhlükəlidir. Amma dəri forması çox zaman yüngül gedişə malik olur və tezliklə sağalma ilə nəticələnir”.
Cəlal İsayevin söhbət əsnasında xəstəliyin gedişatı və ilkin əlamətləri haqda da bilgi verib: “Dəridə hər hansı bir dəyişiklik xoranın əmələ gəlməsi üçün müəyyən vaxt tələb olunur. Bakteriya dəriyə düşdükdə, öncə göyümtül ləkə əmələ gəlir. Daha sonra həmin ləkənin yerində düyüncük yaranır və o xoraya çevrilir. Bu xoralaşma bir müddətdən sonra qara rəngə çalır. Kənarında da iltihab yaranır. Adı insan belə bu yaranı görsə, qarayara olduğu diaqnozunu qoya bilər”.
Həkimin sözlərinə görə, qarayaranın adı “antraks”dır, bu isə “kömür” deməkdir. Yəni həmin nahiyədə kömür kimi qara qarmaq əmələ gəlir.
İnfeksionist ət alarkən hər kəsi diqqətli olmağa çağırıb: “İnsanlar mənşəyi məlum olmayan ətdən istifadə etməməlidir. Tibbi müayinədən keçməmiş, yollarda kəsilmiş heyvanların ətindən istifadə etmək olmaz. Marketlərdə, mağazalarda satılan ətlərdən istifadə etmək daha məqsədəuyğundur. Bu xəstəlik daha çox heyvandarlıqla məşğul olanlarda rast gəlindiyi üçün həmin insanlar vaxtaşırı təhlükə hiss edərlərsə, peyvənd olunmalıdırlar. Həmçinin heyvanlara da peyvənd vurulmalıdır. Bir daha qeyd edirəm ki, qarayara insandan insana yoluxmur. Həmin xəstəliyə yoluxan heyvanlar əsasən yandırılır və yaxud xüsusi üsulla basdırılır”.