-
- 2-08-2019, 12:06
- 3 197
"Qara yara" torpaqdan da yoluxur - - NAZİRLİK
"Hər il ərzində 5-6 baş heyvanda qarayara xəstəliyi aşkarlanıb. Bu xəstəliklər peyvənddən yayınan heyvanlarda baş verib".
News24.az-ın xəbərinə görə, bunu bu keçirilən konfransda Kənd Təsmərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib. Onun sözlərinə görə, heyvan kəsilən zaman qan laxtalanmırsa, qarayaradan şübhələnmək lazımdır.
"Bu xəstəlik kənardan gələn heyvanlarda müşahidə olunur. Onlar da nəzarətə götürülür, peyvəndlənir. Qarayara xəstəliyi ilə bağlı insan ölümün olmasına təəssüflənirik".
R.Salmanov bildirib ki, qarayara xəstəliyi təkcə heyvanlardan yox, torpaqdan da yoluxur: "İnsanlar zamanında profilaktik peyvəndləmə aparmalıdır ki, belə xəstəlik olmasın. Qaraya xəstəliyi torpaqda 80-100 il ərzində qala bilir. Heyvanların da qarayaraya yoluxması əsasən yaz və payız aylarında olur. Yazda heyvan örüş-otlaq sahəsinə gedəndə ot az çıxır, otlayan zaman torpaqla daha çox təmasda olur. Heyvanda da hansısa cızıq olanda qarayaraya yoluxma ehtimalı daha tez olur. Ancaq heyvan peyvəndlənmiş olsa, ona qarayara virusunu iynə ilə vursan da, heyvan qarayaraya yoluxmur".
R.Salmanov onu da əlavə edib ki, Sabirabadda qarayara xəstəliyi aşkarlanmayıb:"AQTA ilə araşdırmalar apardıq, kındin digər yerlərində bu xəstəliklə bağlı hər hansı narahatlıq yoxdur".
Afaq Mirayiq