-
- 31-07-2019, 18:23
- 902
Polis Kürdəmirdə yaxaladı – Bakıdakı cinayətləri üzə çıxdı
Bakıda qadına qarşı soyğunçuuq etdiklərinə görə həbs edilən şəxslərin işi məhəməyə göndərilib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü, yəni, soyğunçuluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə maddəsi ilə təqsirləndiriləbn Rauf Hüseynov və Rüfət Mehdiyevin işi Yasamal Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Günel Əkbərlinin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini T.Ələkbərov gecə yaşadığı evin qarşısından “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib. Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Kürdəmir rayonu ərazisində hərəkətdə olduğu müəyyənləşdirilən həmin nəqliyyat vasitəsi görülmüş tədbirlərlə rayon ərazisində saxlanılıb.
Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Göyçay rayon sakini Rüfət Mehdiyev olduğu məlum olub.
Polis bölməsində aparılan araşdırmalarla R.Mehdiyevin digər cinayətinin də üstü açılıb. Onun iyunun 2-də Yasamal rayonu ərazisində T.Əsgərovanın evindən 1500 manat pul oğurladığı da müəyyən edilib.
Hər iki faktla bağlı cinayət işi başlanılıb.