“Qarabağ” və “Dundalk” görüşü BAŞLADI
    • 31-07-2019, 21:14
    • 961

“Qarabağ” və “Dundalk” görüşü BAŞLADI

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümün ikinci təsnifat mərhələsi çərçivəsində cavab matçında İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşır.
News24.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Filip Ozobiç, Abdulla Zubir, Araz Abdullayev və Xayme Romeo yer alıblar.
“Dundalk”in heyətində isə meydana Qari Rocers, Şon Qennon, Şon Hoare, Kris Şildz, Maykl Daffi, Patrik Hoban, Ceymi MakQret, Patik MakEleni, Deyn Massey, Robbi Benson, Endi Boyl çıxıblar.
Görüşü norveçli referi Svein Oddvar Moen idarə edir.
Xatırladaq ki, İrlandiyadakı ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. “Qarabağ” komandası “Dundalk” səddini keçəcəyi halda üçüncü təsnifat mərhələsində Kiprin APOEL klubu ilə görüşəcək. Ağdamlılar məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Slovakiyanın “Slovan” klubu ilə üz-üzə gələcəklər.