Oqtay Əliyev və Elçin Əlibəylinin atası Xalq artisti adına layiq görülüb
    • 1-08-2019, 01:16
    • 6 245

Oqtay Əliyev və Elçin Əlibəylinin atası Xalq artisti adına layiq görülüb

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 
News24.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Xalq artisti fəxri adı verilən Əliyev Vidadi Hüseyn oğlu tanınmış aparıcı Dilarə Əliyevanın qayınatası, Elçin Əlibəyli və "SOY" Prodakşının rəhbəri Oqtay Əliyevin atasıdır.
Qeyd edək ki, 74 yaşlı Vidadi Əliyev uzun illərdir İrəvan Dövlət Dram Teatrında çalışır və bir-sıra filmlərdə rol alıb.