-
- 1-08-2019, 10:51
- 782
Azərbaycan Beynəlxalq Bankı yeni təhsil krediti təklif edir
Azərbaycanda insan kapitalının formalaşmasına dəstək verən Azərbaycan Beynəlxalq Bankı yeni tədris ili ərəfəsində məktəbli valideynlərinə gözəl bir imkan yaradıb. Bankın əməkhaqqı kartına sahib hər kəs təklif edilən təhsil kreditindən faydalanaraq övladlarına qlobal təhsil şəbəkəsi – “Sabis®Sun” məktəbində yüksək keyfiyyətli təhsil verə bilər.
Bankdan News24.az-a verilən məlumata görə, təhsil kreditinin özəllikləri sırasında ilik təhsil haqqının tam maliyyələşdirilməsi, 12 aylıq təhsil müddəti, komissiyasız və zaminsiz 15%-lik illik faiz dərəcəsi yer alır.
Təhsil kreditini Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamentindən, eləcə də Nəsimi və Xətai filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar.
Bundan başqa, bankın İBAm mobil əlavəsi, yaxud Azərbaycan Beynəlxalq Bankının “28 Mall” və “Gənclik Mall” alış-veriş mərkəzlərindəki stendlərində də Təhsil kreditini sifariş vermək olar. Müştəri bu təklif barədə daha ətraflı məlumatı 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilər.
Qeyd edək ki, “Sabis®Sun” şəbəkəsi 1886-cı ildən fəaliyyət göstərir. Hazırda dünyanın 16 ölkəsindəki bu məktəblərdə 70 mindən çox şagird təhsil alır. 2015-ci ilin 1 sentyabrından təhsil şəbəkəsi Bakıdakı – “Dreamland” adlanan məkanda da öz məktəbini açıb. Beləliklə, “Sabis®Sun” məktəbləri 132 ildir ki, dəyişən dünyada müvəffəqiyyət qazanmaq üçün lazımi bilik və bacarıqlara sahib şagirdlər yetişdirir. Azərbaycan Beynəlxalq Bankının sərfəli şərtlərlə ayırdığı kreditlər isə bu mükəmməl təhsil dünyasına daxil olmaq üçün əlverişli imkandır.