
-
- 13-03-2025, 18:28
- 735
Məktəbdə 66 dinozavr ayaq izi aşkar EDİLDİ
Avstraliyanın Kvinslend ştatında bir məktəb illərdir diqqətdən kənarda qalan qaya parçasının üzərində 66 fosilləşmiş dinozavr ayaq izi aşkar edib.
Kvinslend ştatının Banana qəsəbəsindəki bir məktəb girişində nümayiş etdirilən üç barmaqlı ayaq izləri olan qaya parçasını araşdırmaq üçün paleontoloq Entoni Romilio ilə əlaqə saxlayıb. Təhlillər nəticəsində məlum olub ki, qayada təxminən 200 milyon il əvvəl erkən Yura dövrünə aid onlarla dinozavr ayaq izləri var.
News24.az xəbər verir ki, Kvinslend Universitetindən arxeoloq tapıntının Avstraliyada indiyə qədər sənədləşdirilmiş ən geniş dinozavr izi kolleksiyalarından biri olduğunu söyləyib və əlavə edib:
“Bu fosil dinozavrların sayı, hərəkətləri və davranışları ilə bağlı unikal mənzərə təqdim edir. O dövrə aid fosilləşmiş dinozavr sümüklərinin olmadığını nəzərə alsaq, bu tapıntı daha da əhəmiyyət kəsb edir".
Aqil