Qarın ağrısı və əsassız kilo itkisi üçün vacib xəbərdarlıq
    • Dünən, 07:15
    • 519

Qarın ağrısı və əsassız kilo itkisi üçün vacib xəbərdarlıq

Dr. Oğuzhan Karatepe xəbərdarlıq edib ki, qarın ağrısı və səbəbsiz çəki itkisi ilə bağlı diqqətli olmaq lazımdır.

News24.az bildirir ki, Prof. Dr. Karatepe mədəaltı vəzi xərçənginin müalicəsi və Whipple əməliyyatı haqqında məlumat verib. 

Dr. Oğuzhan Karatepe, "Sağlam olmayan qidalanma və az fiziki fəaliyyət də risk faktorlarıdır. Ancaq bu faktorlar bütün mədəaltı vəzi xərçəngi vakalarında olmaya bilər və xəstədə heç bir risk faktoru olmasa belə, mədəaltı vəzi xərçəngi inkişaf edə bilər" deyib.

Professor mədəaltı vəzi xərçənginin ilkin mərhələdə heç bir əlamət göstərmədiyini, xəstəlik irəlilədikcə bəzi şikayətlərə səbəb olduğunu bildirib. 

Prof. Dr. Oğuzhan Karatepe Whipple haqqında bunları söyləyib:

"Mədəaltı vəzinin başında yerləşən şişləri çıxarmaq üçün Whipple edilir. Xəstəlik irəli mərhələdə aşkarlandığı üçün şişlərin yerləşdiyi ərazini tamamilə təmizləmək və xərçəngin yayılma riskini azaltmaq üçün üstünlük verilən üsuldur. Bu üsul robot köməyi ilə də həyata keçirilə bilər. Prosedur zamanı mədəaltı vəzinin başı, onikibarmaq bağırsağı, bəzən isə öd kisəsi çıxarılır".

Zəhraxanım Şeydayeva