Ceyhun Bayramovdan TƏCİLİ ƏMR - şagirdlərin elektron yerdəyişməsinə başlanılır
    • 1-08-2019, 16:50
    • 945

Ceyhun Bayramovdan TƏCİLİ ƏMR - şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb. 

Təhsil Nazirliyindən News24.az-a verilən məlumatda bildirilir ki, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək. “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” 15 avqust 2019-cu il tarixindən istifadəyə veriləcək.

Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.